KRİMİNAL XRONİKA

Əməliyyat-axtarış tədbirləri nəticəsində...

30.05.2017

Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən mayın 27-də rayon ərazisində bir avtomobildən 150 manat pul və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Nəcəfov tutulub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 9-da Sabunçu rayonu ərazisində bir avtomobildən noutbuk oğurlaması da müəyyən edilib. 
 
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də rayon ərazisində 1 ev və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən qrupun daha bir üzvü – Bakı şəhər sakini Elbrus Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən ehtiyyat hissələri və məişət əşyaları, habelə Lökbatan qəsəbəsi ərazisindəki yaşayış komplekslərindən birində quraşdırılan kranı elektrik enerjisi ilə təmin edən kabelin 60 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.
 
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini olan bir qadının 300 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nahid Həsənov tutulub. Ətrafında aparılan tədbirlərlə onun mayın 23-də digər bir qadının çantasından 140 manat pul oğurlaması da müəyyən edilib.
 
Mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib. Səbail RPİ tərəfindən araşdırma aparılır. 
 
Mayın 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Elvin Gözəlov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini 11 yaşlı Nəzrin Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı mayın 30-da orada olüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
 
Mayın 30-da saat 22 radələrində Səbail rayonu Parlament prospektində Bakı şəhər sakini Xamis Ağcayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Lamiyə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.