KRİMİNAL XRONİKA

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə...

01.06.2017

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 22-də Bakı şəhər sakini Hicran Kərimovanın içərisində 500 manatı, sənəd və açarı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Rzaqulu Allahquliyev tutulub.

Xəzər RPİ 1-ci PB, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də gecə saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub. Şübhəli şəxsin ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.