KRİMİNAL XRONİKA

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan...

05.06.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Samir Mirzəyevin və narkotik vasitə ilə tutulan Rəvan Abdullayevin ətraflarında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların 2 avtomobildən noutbuk və post terminal oğurlamaları, habelə 1 avtomobilin şüşəsini sındırmaları müəyyən edilib.

Daxil olan məlumat əsasında Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbə sakini Asif Dənziyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 80 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ağaməli Ələsgərov tapdığı qundağı və lüləsi kəsilmiş “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
İyunun 5-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində, orada fəhlə işləyən Cəlilabad rayon sakini Daşqın Şahbazov elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırma aparılır.