KRİMİNAL XRONİKA

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

26.06.2017

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu açıq talama yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Emil Qəribov tutulub.

İyunun  24-də Bakı şəhər sakini Zəka Nəbiyevdən içərisində 63 manat pul olan sellofan torbanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İsmayıl Rüstəmov Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.