KRİMİNAL XRONİKA

Bakı şəhər sakini Rəsul Əliyevin avtomobilindən oğurluq etməkdə...

12.09.2017

Bakı şəhər sakini Rəsul Əliyevin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Hikmət Zəkiyev sentyabrın 12-də Qaradağ Rayon Mühafizə İdarəsinin və 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.  Ətrafında aparılan tədbirlərlə onun avqustun 15-dən sentyabrın 7-dək olan müddətdə Qaradağ rayonu ərazisində 6 avtomobildən içərisində şəxsiyyət və sürücülük vəsiqələri, bankomat kartı və digər sənədlər olan pulqabı, maqnitafon, akkumulyator, habelə 1 evdən 500 manat oğurlaması da müəyyən edilib.