KRİMİNAL XRONİKA

Sentyabrın 13-də Yasamal rayonu ərazisində “VAZ-2107” markalı avtomobildən...

13.09.2017

Sentyabrın 13-də Yasamal rayonu ərazisində “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Qurbanov 27-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sentyabrın 13-də Yasamal rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edərək içərisində pul və mobil telefon olan pulqabını alıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Aslanov tutulub.