KRİMİNAL XRONİKA

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

18.09.2017

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprel-sentyabr ayları ərzində rayon ərazisində 5 nəfərə məxsus həyətyanı sahələrdən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Cavadov və Samir Aydınbəyov sentyabrın 18-də saxlanılıblar.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-avqust ayları ərzində rayon ərazisindəki 2 həyətyanı sahədən ümumilikdə 30 metr su borusu və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov sentyabrın 18-də tutulub.