KRİMİNAL XRONİKA

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun...

02.11.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2 evdən 500 ABŞ dolları və 6134 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Noyabrın 2-də saat 05 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Bakı şəhər sakini Pərvin Qocayev idarə etdiyi “BDY” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

Cari il iyunun 13-də G.Babayevanın içərisində 850 manat, 1700 ABŞ dolları və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Amil Sadıqova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Xəlilov tutulub, 1 nəfər isə müəyyən edilib. Avtomobilin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Noyabrın 2-də saat 05 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Bakı şəhər sakini Pərvin Qocayev idarə etdiyi “BDY” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 2-də saat 3 radələrində DİN-in “102”  Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanılıb. Hadisə yerinə gələn polis əməkdaşları pəncərədən içəri daxil olan şəxsin oradakı seyfdən açar seçmək yolu ilə 1750 manat pulun oğurladığnı müəyyən ediblər.Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri qısa zamanda öz nəticəsini verib. Oğurluğu törədən şəxs çox uzağa getməyə macal tapmayıb. Şübhəli yaxınlıqdakı küçələrin birində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdinov olduğu məlum olub. Ondan “drel”, üzərinə baxış zamanı isə 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs törətdiyi əməli, həmçinin götürdüyü puldan bir hissəsini kontura və digər şəxsi ehtiyacına xərclədiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb. 

Oktyabrın 29-da Bakı şəhər sakini S.Əliyevanın, oktyabrın 31-də isə V.Səmədovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Nazim Bağırov, Tünzalə Əsgərova və Seymur Zahidov Səbail RPİ 9-cu  PB-nin əməkdaşları tərəfindən tutulublar.