KRİMİNAL XRONİKA

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

04.11.2017

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Tofiq Kazımovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford-Transit” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Fəxrəddin Əliyev saxlanılıb.

Noyabrın 4-də saat 01 radələrində Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində Qazax rayon sakini Mikayıl Qaragözov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Nicat Abışovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Bakı şəhər sakini Mahir Əbilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini İlham Baxşiyev saxlanılıb.

Noyabrın 4-də saat 14 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri Vasil Əhmədovun idarə etdiyi “VAZ-2109” və Məşdi Allahverdiyevin idarə etdiyi “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə V.Əhmədovun sərnişini, paytaxt sakini Məryəm Əhmədova hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.