KRİMİNAL XRONİKA

Noyabrın 5-də saat 19 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində...

05.11.2017

Noyabrın 5-də saat 19 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zahir Hacıağayevin bıçaqla qətlə yetirilən meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Sadiq Nəhmətov tutulub.

Metrpolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Ətrafında aparılan tədbirlərlə onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovun ətrafında Qaradağ RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust ayının 28-dən sentyabr ayının 14-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması da müəyyən edilib.   

Noyabrın 1-də paytaxt sakini C.Vəliyevin “Hyundai” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Temirov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən  tutulub. Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 22-də rayon sakini olan bir qadının mənzilindən 600 manat, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əziz Rzazadə tutulub