KRİMİNAL XRONİKA

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun Həsənovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən...

19.11.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun Həsənovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il sentyabrın 18-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 100 ABŞ dolları, habelə 25000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Noyabrın 19-da saat 5.00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub. Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb. Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olması müəyyən edilib. Araşdırma aparılır.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın  18-də Masallı rayonu ərazisində tapılıb.

Noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisində bir qadının 320 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Mətiş Mehrəliyev tutulub.