KRİMİNAL XRONİKA

Baş Cinayət Axtarışı, Kriminalistik Tədqiqatlar idarələri və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

01.12.2017

Baş Cinayət Axtarışı, Kriminalistik Tədqiqatlar idarələri və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 5-dən 29-dək olan müddətdə rayon ərazisində 1 qarajdan, 1 nəfərin cibindən və 1 mağazadan pul, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Muradov saxlanılıb.

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-də və 26-da Bakı şəhər sakinləri Rəna Hacıyevanın və Səid Qurbanovun mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundov saxlanılıb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində sellofan torbada nömrəsi silinmiş “Mauzer” markalı tapança, 3 ədəd “F-1” və 1 ədəd “RQD” markalı qumbara tapılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Anar Əliyevin ətrafında Sabunçu RPİ 14-cü PB –nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazsində daha 4 evdən su mühərriki və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bakı şəhər sakini Nurlan Qürbətovun cibindən və 1 evdən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Qərib Səfərəliyev Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisində 1 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz Nurəliyev saxlanılıb. Onun cari ilin fevral-noyabr ayları ərzində rayon ərazisindəki 6 həyətyanı sahədən su mühərriki və məişət əşyaları oğurlaması da müəyyən edilib.