KRİMİNAL XRONİKA

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

07.12.2017

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 250 manat və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sergey Nasinikov və Elçin Eldarov saxlanılıblar.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.

Dekabrın 7-də saat 21 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.