KRİMİNAL XRONİKA
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
12.12.2017
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və 9 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əbülfəz İzətullayev və Anar Kərimli saxlanılmışlar.
Dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılmışdır.
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılmışdır.
Araşdırma aparılır.
Cari il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavidan Əhmədli Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.
Dekabrın 11-də saat 23 radələrində Səbail rayonunun A.Quliyev küçəsində Bakı şəhər sakini İlqar Quliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Sabit Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 12-də orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.