KRİMİNAL XRONİKA

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

13.12.2017

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da paytaxt sakini olan bir qadının 5500 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradov saxlanılmışlar.

Dekabrın 12-də saat 3:00 radələrində Nəsimi rayonunun Moskva prospektindəki kafelərin birində 3 naməlum şəxs Bakı şəhər sakini Rüfət Quliyevi öldürəcəkləri ilə hədələyib onun 1000 avro və 200 manatını almışlar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən biri - paytaxt sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Bakı şəhər sakini Elmar Əliyevə məxsus “Zontes” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Dimitriy Xaritonov saxlanılmışdır.