KRİMİNAL XRONİKA

Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində...

21.12.2017

Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdür. Faktla bağlı cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində “Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 21-də  saxlanılaraq istintaqa təhvil verilib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Rüfət Quliyevin 1000 avro və 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov dekabrın 21-də  saxlanılmışdır.