KRİMİNAL XRONİKA

Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

25.12.2017

Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılmışdır.

Dekabrın 25-də saat 7:00 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Kürdəmir rayon sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Validə Manaflını vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. 
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bakı şəhər sakini Denis Abramenkoya məxsus “Hyundai” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Ələkbərov Səbail RPİ  8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.