KRİMİNAL XRONİKA

Dekabrın 28-də saat 7:00 radələrində Nərimanov rayonunun K.Rəhimov küçəsində Bakı şəhər sakini Nicat İbrahimli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini...

28.12.2017

Dekabrın 28-də saat 7:00 radələrində Nərimanov rayonunun K.Rəhimov küçəsində Bakı şəhər sakini Nicat İbrahimli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ədilə İdrisovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiklərinə görə tutulmuş Teymur İsmayılov və Balaxan Ağayevin ətraflarında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların cari ilin yanvar ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 4 avtomobildən akkumulyator, 5 həyətyanı sahədən su mühərriki, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.