KRİMİNAL XRONİKA

Yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini...

27.01.2018

Yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 26-da Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elmar Məmmədov saxlanılmışdır.