KRİMİNAL XRONİKA

Nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Telman Cəfərovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən...

13.02.2018

Nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Telman Cəfərovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 27-də daha bir “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 20-dən cari il yanvarın 19-dək olan müddətdə rayon ərazisində 2 həyətyanı sahədən, 2 avtomobildən, habelə 1evdən məişət əşyaları, mobil telefon, velosiped və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bəxtiyar Məlikov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-dan dekabrın 18-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən pul və mobil telefon, habelə cari il yanvarın 3-də Ərşad Əlibəyovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Akif Allahverdiyev saxlanılmışdır.

Ötən il oktyabrın 13-də Bakı şəhər sakinləri Murad Alxasova və Elşən Əliyevə məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Rövşən Süleymanov və Namiq Kazımov Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışlar.