KRİMİNAL XRONİKA

Soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları...

19.02.2018

Soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabr-dekabr ayları ərzində 1 əcnəbi vətəndaşın içərisində 300 manat, 20 ABŞ dolları və kredit kartları olan pulqabısını, Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki evlərin birindən 1400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seyhun Şahverənov saxlanılmışdır.