KRİMİNAL XRONİKA

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

27.02.2018

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da paytaxt sakini L.Həsənovanın içərisində qızıl bilərzik və bankomat kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılmışdır.


Həyata keçirilən profilaktiki tədbirlər nəticəsi olaraq Sabunçu rayonunun Nardaran qəsəbə sakini Afət Əlizadə qundağı kəsilmiş “TOZ-16” markalı tüfəngi və 9 ədəd patronu könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron “AK-74” markalı avtomat aşkar olunaraq götürülüb. A.Abzərov maddi sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəybala Qarabəyovdan “AKS-74” markalı silah, patron darağı və 10 ədəd patron aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən orada işləyən Bakı şəhər sakini Mail Paşayevin içərisində 100 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qılman Dadaşov saxlanılmışdır.