KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Rauf Əliyevin ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

04.03.2018

Oğurluq etdiyinə görə tutulmuş Rauf Əliyevin ətrafında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən təmir-tikinti alətləri və məişət əşyaları, 2 avtomobildən akkumulyator, maqnitofon və səsgüçləndirici oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etmiş Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabrın 8-də bir qadının çantasından 217 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.

Martın 4-də saat 6 radələrində Səbail rayonunun Badamdar şossesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Davidov vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının əldə eduilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Oqtay Cabbarovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.