KRİMİNAL XRONİKA

Martın 7-də Binəqədi rayonu ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən...

08.03.2018

Martın 7-də Binəqədi rayonu ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Emil Məstanov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Fevralın 21-də Nəsimi rayonu ərazisində “İnfiniti” markalı avtomobildən fotoaparat və geyim əşyası oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.


Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Əliyevdən 480 qram marixuana götürülmüşdür.


Dələduzluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Xəyal Əliyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 5-də Bakı şəhər sakini Yadigar Əhmədovun mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.