KRİMİNAL XRONİKA

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş...

15.03.2018

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Sadıxovdan 455 qram marixuana götürülmüşdür.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də K.Azaylının cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Mikayılov saxlanılmışdır.

Həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində Xəzər rayonunun Mərdəkan qəsəbə sakini Ceyhun Əliyev tapdığı kustar üsulla hazırlanmış tüfəngi, 133 ədəd patronu və patron darağını könüllü olaraq Xəzər RPİ-yə təhvil vermişdir.

Martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.