KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Şahid Əliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

19.03.2018

Oğurluq etdiyinə görə tutulmuş Şahid Əliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabrından cari ilin yanvar ayınadək olan müddətdə daha 4 avtomobildən pul, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Ötən il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 55 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Anar Nəbiyev Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.