KRİMİNAL XRONİKA

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki...

23.03.2018

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən  200000 manat və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılmışlar.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  martın 21-də rayon ərazisində Bakı şəhər sakini Cavid Abbasovun cibindən 900 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elvin Misirov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB və Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 22-də Bakıxanov qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən  Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Nuriyev saxlanılmışdır.

Martın 22-də Biləcəri qəsəbəsi ərazisində avtobusda olan sərnişin- Bakı şəhər sakini Ş.Quliyevaya məxsus içərisində 530 manat olan pul kisəsi oğurlanmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Bağdagül Səfərova saxlanılmışdır.