KRİMİNAL XRONİKA

Oğurluq etmiş Gülnarə Novruzovanın ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə...

26.03.2018

Oğurluq etmiş Gülnarə Novruzovanın ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 23-də S.Rəhimovanın çantasından 100 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 22-də Teyyub Vəliyevin 550 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Məmmədov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da Şahin Xanməmmədova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini olan 1 yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də paytaxt sakini Ü.Seyidovanı aldadıb ondan qızıl boyunbağı və 1 cüt sırğa almaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Məmmədova saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 3-də Mərdəkan qəsəbə sakini Sərvər Əmirova məxsus həyətyanı sahədən 12 baş qoyun oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sərraf Quliyev saxlanılmışdır.