KRİMİNAL XRONİKA

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

28.03.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisində “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur İsmayılov saxlanılmışdır.

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar  Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63.400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların  Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Cinayət işi başlanıb, araşdırmalar aparılır.


Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən qadın mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Cinayət işi başlanıb, araşdırmalar aparılır. 


DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov müəyyən edilərək saxlanılıb. Cinayət işi başlanıb, araşdırmalar aparılır.


Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 27-də və martın 3-də  rayon ərazisindəki 2 mağazadan 180 manat pul və tütün məmulatı oğurlamaqda, 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.