KRİMİNAL XRONİKA

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

31.03.2018

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də və martın 30-da rayon ərazisindəki 2 evdən 300 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılmışdır.


Oğurluq etdiyinə görə tutulmuş Akif Hüseynovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il yanvarın 9-da və 10-da 2 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.


Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 7 ədəd istilik radiatoru, 4 ədəd çılçıraq və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə saxlanılmışdır.


Aparılmış profilaktiki tədbirlər nəticəsində Pirallahı qəsəbə sakini Rəfail Kelbakiani “AK-74” markalı silahı, 1 ədəd patron darağını və 31 ədəd patronu könüllü olaraq RPŞ-yə təhvil vermişdir.