KRİMİNAL XRONİKA

prelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan...

17.04.2018

Aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor və 500 manat dəyərində bijuteriya əşyaları oğurlamaqda şübhəli bilinən Ceyhun Musayev tutulmuşdur.