KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları...

21.04.2018

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 2-dən 18-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Elçin Musayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini olan 1 qadının çantasından 1500 manat və açar oğurlaması da müəyyən edilmişdir.

Aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılmışdır. Araşdırma aparılır.