KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

22.04.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Tahir Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rahim Məmmədov və Əzizağa Hüseynov saxlanılmışlar.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançaları və 28 ədəd patron aşkar edilərək götürülüb.

Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aprelin 12-də Nurlan Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Əhmədov saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Etibar Kərimovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 13-dən aprelin 5-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən mobil telefon və maqnitofon oğurlaması, habelə evlərdən birinin su sayğacını zədələməsi də müəyyən edilmişdir.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 21-də Elmar Xıdırovun 11 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Saqi Eylasov saxlanılmışdır.