KRİMİNAL XRONİKA

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.04.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar. 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. 

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mübariz Məmmədov saxlanılmışdır.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon ərazisindəki 1 mağazadan və 1 avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Əliyev saxlanılmışdır.

Aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.