KRİMİNAL XRONİKA

Mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini...

06.05.2018

Mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiklərinə görə saxlanılmış Zaur Suleykinin və İlkin Salayevin ətraflarında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 18-də və 23-də rayon ərazisindəki 2 evdən 2160 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.