KRİMİNAL XRONİKA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan...

22.05.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb. Mayın 22-də saat 16 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları “Daewoo” markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi “isti izlər”lə yaxalayıblar.  Polis Şöbəsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı sərnişin - Salyan rayon sakini F.Süleymanova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Novxanı bağlar sahəsindəki tikintisi başa çatmamış evlərin birindən 2600 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Həsənov saxlanılmışdır.