KRİMİNAL XRONİKA

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin martından may ayınadək...

25.05.2018

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin martından may ayınadək olan müddətdə rayon ərazisində 3 nəfərin avtomobillərindən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev saxlanılmışdır.


Mayın 25-də saat 19 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Natiq İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada keçidində yolu keçən paytaxt sakini, azyaşlı Rəvan Qurbanovu vurmuş və nəticədə uşaq hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Mayın 25-də saat 6 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi “Hyundai” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurmuşdur. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir. Xətai RPİ tərəfindən araşdırma aparılır.