KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki...

10.06.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən 23 manat, 300 manat dəyərində qızıl boyunbağı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 7 qəsəbə sakini saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 6 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Pərvin Qaraşov saxlanılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Asəf Bağırovdan 0,158 qram heroin, evindən isə  1 kiloqram 815 qram marixuana aşkar edilərək götürülmüşdür.