KRİMİNAL XRONİKA

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından...

12.06.2018

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qeyd edilən avtomobilin Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib və görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub. 29-cu Polis Şöbəsində aparılan araşdırmalarla R.Mehdiyevin digər cinayətinin də üstü açılıb. Onun iyunun 2-də Yasamal rayonu ərazisində T.Əsgərovanın evindən 1500 manat pul oğurladığı da müəyyən edilib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb. 

İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilmişdir. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılmışdır.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülmüşdür