KRİMİNAL XRONİKA

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

21.06.2018

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çıkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb.
Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb. 
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.

İyunun 21-də saat 23 radələrində Nərimanov rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Tofiq Əliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 50-52 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Mirzəyev saxlanılmışdır.