KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Emil Məstənovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

24.06.2018

Oğurluq etdiyinə görə tutulmuş Emil Məstənovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 8-dən mayın 19-dək olan müddətdə rayon ərazisindəki 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilmişdir.

İyunun 24-də Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini S.Abbasovaya zor tətbiq edərək içərisində pul və şəxsiyyət vəsiqəsi olan çantasını almışdır.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov saxlanılmışdır.

İyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 
Araşdırmalarla piyadanın saat 13 radələrində Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.
Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və  17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən  Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.