KRİMİNAL XRONİKA

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.06.2018

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Sulutəpə qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün daha bir “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən iyunun 22-dək olan müddətdə rayon ərazisindəki MTK-lardan birinin həyətindən 25 metr elektrik naqili, 10 evdən pul, qızıl əşyalar, təmir-tikinti alətləri, inşaat materialları və 600 metr elektrik naqili, habelə telefon qovşağına məxsus dirəklərarası 175 metr optik kabelini və 175 metr elektrik naqilini, mərasim evlərinin birindən samovar, bir qarajdan məişət əşyaları, bir sexdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Asim Əkbərov və Elşad Əhmədov saxlanılmışlar.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərdən birinin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Nasinnikov saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş Əflatun saxlanılmışdır.

İyunun 25-də saat 18 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Emil Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Salamovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.