KRİMİNAL XRONİKA

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

04.07.2018

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev saxlanılmışdır.

Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Əliyev saxlanılmışdır.

Oğurluq etmiş Zaur Suleykinin və İlkin Salayevin ətraflarında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 15-də və 30-da rayon ərazisindəki oyun salonlarının birindən 7 ədəd “Play Station” aparatı və 20 ədəd pult, habelə 1 velosiped oğurlamaları da müəyyən edilmişdir.


Nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Elşən Məmmədovun və Ramil Məmmədovun ətraflarında Suraxanı RPİ 30-cu PŞ və Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 13-də “VAZ-21011” markalı avtomobil qaçırmaları da müəyyən edilmişdir.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da S.Dadaşovun 115 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Nicat İsmayılov saxlanılmışdır.