KRİMİNAL XRONİKA

Oğurluq etdiklərinə görə saxlanılmış Zaur Suleykinin və İlkin Salayevin ətraflarında...

05.07.2018

Oğurluq etdiklərinə görə saxlanılmış Zaur Suleykinin və İlkin Salayevin ətraflarında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 14-dən iyulun 11-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən ümumilikdə 2300 manat və mobil telefon, 200 manat dəyərində qızıl əşyalar və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əliyev saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən iyunun 23-də Bakı şəhər sakini G.Əbdiyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Y.Məhərrəmova saxlanılmışdır.