KRİMİNAL XRONİKA

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

07.07.2018

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini B.Məmmədovun “Mercedes” markalı avtomobilindən 2 ədəd təkər oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emin Mirzəyev saxlanılıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və  2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də M.Tuayevanın içərisində 700 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olan pul qabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynov saxlanılmışdır.