KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

23.07.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 22-dək olan müddətdə rayon ərazisindəki bir mağazadan, bir kompyuter oyunları salonundan və bir evdən tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Kərimov saxlanılmışdır.

İyulun 23-də Yasamal rayonunun Tbilisi prospektində Masallı rayon sakini İlqar Qurbanov münaqişə zəminində qızı Aysel Məmmədlini bıçaqla qətlə yetirmişdir. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qurbanov saxlanılmışdır.

İyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki zavodlardan birinin ərazisindən 4 ədəd termoplast, 1 ədəd patronlu torna, 1 ədəd müstəvi pardaxlama, 1 ədəd torna və 1 ədəd yivaçan torna aparatlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayev saxlanılmışlar.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Elşad Əliyev saxlanılmışdır.