KRİMİNAL XRONİKA

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini F.Mürsəlovun...

31.07.2018

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini F.Mürsəlovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Süleyman Əliyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Vüqar Əliyevin ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini E.Tağıyevin cibindən 130 manat pul oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən iyulun 30-da avtomobil təmiri sexlərinin birində Bakı şəhər sakini K.Əliyevin mobil telefonunu və bir evdən evdən su mühərriki oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılmışdır.

Kəpəz RPİ və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki yeməkxanaların birindən sərinləşdirici içki, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Sərdar Pənahov saxlanılmışdır. Onun bir avtomobildən maqnitofon və səsgücləndirici, bir evdən pul və bir mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.