KRİMİNAL XRONİKA

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

04.08.2018

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də Qızıldaş qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əfqan Hüseynovun 350 manat pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Namiq Rəsulov saxlanılmışdır.

Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 30-da  metronun “28 May” stansiyasında Bakı şəhər sakini Ramil Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Kamran İsmayılov saxlanılmışdır.