KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də Binə qəsəbəsi ərazisində...

15.08.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Məlik Əzimova münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zakir Bünyadov saxlanılmışdır.

Daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi ərazisində yaşayan Emin Nəcəfovun evinə baxış keçirilən zaman oradan 355 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 15-də Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edib pul kisəsini almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Köçbəyi Muradov saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xəyal Cəfərov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində borclu şəxs qismində axtarışda olan, əvvəllər məhkum olunmuş Xəyal Zeynalovun Sahil qəsəbəsindəki evinə baxış zamanı kustar üsulla hazırlanmış 1 ədəd tüfəng, 3 ədəd tüfəng maketi, 2 ədəd bıçaq və 2 ədəd patron götürülmüşdür.

Avqustun 8-dən 15-dək olan müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilin yük yeri sökülərək oğurlanmışdır. Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Firudin Ağayev və Anar Vəliyev saxlanılmışlar.

Əlahiddə Çevik Polis Alayı və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisindəki avtomobillərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Səfərli saxlanılmışdır.