KRİMİNAL XRONİKA

Avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan...

20.08.2018

Avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılmışdır. Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılmışdır. Araşdırma aparılır.  

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki apteklərin birindən kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elməddin Əzizov və qardaşı Elgün saxlanılmışlar.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki oyun zallarının birindən 7 ədəd oyun aparatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədov saxlanılmışdır. 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki evlərin birindən 160 manat pul oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Günay Abdullayeva saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki mağazaların birindən 700 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Avqustun 20-də Bakı şəhər sakini olan bir qadın polisə müraciət edərək Yasamal rayonu ərazisində yaşadığı evin qarşısında ona məxsus “KİA markalı avtomobili təmir üçün ustaya verməsini və avtomobilinin qaçırılmasını bildirmişdir. Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Asim Babayev avtomobillə birgə şəhər ərazisində saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 4-dən 6-dək olan müddətdə rayon ərazisindəki 2 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.